Mənim «mən»im

Özünü sevməyən insan hələ ki, dünyaya gəlməyib. Yaradanın verdiyi həyatı hədiyyə kimi qəbul etmiş insan elə yaşayır ki, elə bil hər günüylə dünyanı yenidən kəşf eləyir. Özündən əvvəlkilərin səhvlərini yenə də təkrarlayaraq yaşasa da ona elə gəlir ki, həyatı təkrarsızdı, başqalarınkından çox fərqlənir. O, nəsə qeyri-adi bir həyat yaşayır ki, yaxın qonşusunun, tanışının həyatı onunkuna heç yaxın da gələ bilməz. Onun dərdi olarsa dünyalar qədərdi. Sevinci isə uzaqbaşı göy qurşağının rəngləriylə müqayisə edilə bilər.  Biz başqasının səhvini anlaya bilmərik. Ona yol göstərib çıxışa apara da bilmərik. Çünki özümüz hələ ki, «mən» adlanan labirintdə azmışıq. Bəziləri bunu anlayır, bəziləri isə yox. Fərq yalnız bundadı. Hətta özünə fanatizmi çiyinlərindən tullaya bilənlər əslində irəli addım atmır. İnsan hər şeyin faniliyini, absurdluğunu anlasa ardını yaşaya bilməz. Yəqin ki, intihar eləyər. Bu yazının davamını oxu »