Emin Ağalarov Eurovision 2012-nin səhnəsində

Məşhur ifaçı və bəstəkar Emin Ağalarov Bakıda keçiriləcək nüfuzlu “Eurovision-2012” şousunda eksklüziv olaraq çıxış etməyə dəvət edilib. Müğənninin rəsmi saytına istinadən verdiyi məlumata görə, müğənni xalqı və 300 milyondan artıq tamaşaçı auditoriyası olan müsabiqədə çıxış edəcəyinə görə çox sevindiyini bildirib.

O vurğulayıb ki, öz Vətənində keçirilən “Eurovision” mahnı müsabiqəsində qonaq kimi çıxış etmək üçün yeganə ən böyük imkandır: “Bu imkan həyatda bir dəfə olur və bu çox əladır. Böyük kütlə qarşısında hər dəfə çıxış etmək çox həyəcanvericidir. Əgər sən öz ölkəndə çıxış edirsənsə, bu, ikiqat həyəcanlandırıcıdır, milyonlarla izləyici qarşısında çıxış etməksə artıq inanılmazdır”.

Emin bu müsabiqənin Azərbaycan üçün vacibliyini də qeyd edib: “Düşünürəm ki, bu mənim ölkəm üçün ağla sığmayan möhtəşəm şoudur. Mənim balaca ölkəmi insanlar hətta xəritədə tapa bilməzlər, amma ümid edirəm ki, bu müsabiqə, Azərbaycanı Google-da axtarmağa, onun harada yerləşdiyini öyrənməyə və oraya getmək üçün marağı artıra bilər”.

E. Ağalarov may ayının 21-də “After the Thunder” adlı yeni albom buraxacaq.


31 avqust Qubadlının işğal günü

Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, «Dənizdən dənizə böyük Ermənistan» yaradılması daşnaq ideoloqlarının çoxillik sərsəm xülyalarının tərkib hissəsi idi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genqişləndirildi. Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlını faktiki olaraq, mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan həm də Laçın istiqamətindən hücumlar gücləndirildi. Avqustun 30-da Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı arası kəsilmirdi. Günün ikinci yarısında başlanan yayım atəşi isə insanların son ümidini də qırdı. Həmin gecə Xanlıq kəndinə qədər olan bütün kəndlər ermənilərin əlinə keçdi. Səhəri gün isə tamamilə mühasirəyə düşən Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı. Bu işğal nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix – diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb. 31. 364 nəfər öz yurd-yuvasını tərk etməyə məcbur qalıb. Bu yazının davamını oxu »

Üzeyir Mehdizadəyə oxumaq qadağa edildi !!!

General Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov inanılmaz bir addım atıb. Musiqi aləminə yaxın olan bir mənbədən daxil olan məlumata görə, R.Əyyubov “ara müğənnilərindən” birinin oxumasına qadağa qoyub. Qaynaq hadisəni belə nəql etdi: “Robert Əyyubov vurub-tutan oğlan olsa da, yaxşı musiqi duyumu var. Bu yaxınlarda o, hansısa məclisdə bir ara mahnısını eşidib və bundan əsəbiləşib. Mahnını dərhal saxlatdırıb və bunu oxuyanın kimliyini soruşub. Ona bildiriblər ki, mahnını gənc ”istedad” Üzeyir Mehdizadə oxuyub. (Nəzərə çatdıraq ki, Üzeyir Mehdizadə son iki-üç ildə “avtobus mahnıları” ilə məşhurdur. O, çevrəsinə tez Üzeyirin nömrəsini tapıb ona verməyi tapşırır. Nömrəni əldə etdikdən sonra Robert Üzeyirə telefon açır”. Bu yazının davamını oxu »


13-ый знак Зодиака

Одной из ветвей астрологии является учение о знаках зодиака. В настоящее время большая масса общества знает свой знак зодиака, их часть интересуется гороскопом, а некоторые даже суеверно верят в ежедневный гороскоп. Лично я, читая характеристику своего знака зодиака, нахожу сходства, но считаю безрассудством верить в ежедневный гороскоп и в соответствии с ним строить свои планы. Может быть, эти люди будут настаивать, что все события сходятся, но они сами не подозревают, что все сходства – это их самовнушение, не более. Если человек будет ждать от дня удачи, то все дела пойдут как по маслу, потому что они настроены на позитив, или наоборот, прочитав, что в какой-либо день их настигнет несчастье, они постоянно будут думать об этом, притягивая к себе неприятности. Также я считаю неправильным верить в гороскоп совместимости. Есть люди, которые перед тем, как выбрать спутника жизни, интересуются степенью совместимости их знаков зодиака или считают причиной разрыва отношений именно несовместимость по гороскопу. Я считаю это нелепостью, ведь подумайте, в мире живёт около 9 млрд человек, и каждый из них идеален, неповторим. Да, в какой-то мере знак зодиака может влиять на отношения, но я свидетель противного. Bu yazının davamını oxu »


23 Avqust Füzulinin işğal günü

Avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 16 il ötdü. 23 avqust 1993-cü ildə ümumi sahəsi 139393 hektar olan Füzuli rayonun qərb hissəsindən (51 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən işğal olunub. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı; kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil; ehtiyatları 13053 min m3 olan Quruçay qum-çınqıl qarışığı yataqları var. Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılmış və işğala qədər mühafizə olunub. Bu yazının davamını oxu »


Ailədə qadına verilən dəyər

İnsanların dünyəvi dəyərlər üzərində qurduqları ailələr qısa müddətdən sonra cansıxıcı ola bilər. Ailələrdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda, bu hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, mövqe, ya da etibar kimi meyarlara əsaslandığında bu nəticə demək olar ki, qaçılmaz olur. Əgər insan sevgisini qarşısındakı insanın yalnız gözəlliyinə əsaslandırmışsa, həmin insan zaman keçdikcə gəncliyini, sağlamlığını, gözəlliyini itirəcək, buna görə də sevgi, hörmət və sədaqət də bununla birlikdə yox olacaq. Həmçinin zənginlik, ya da mövqe kimi dəyərlər də asanlıqla itirilməsi mümkün olan xüsusiyyətlərdir. Özünə bu dəyərləri əsas meyar kimi götürən bir insan, bunları itirdikdə artıq qarşısındakı adamı sevməyə, ona hörmət etməyə davam etmək üçün  heç bir səbəb tapa bilməyəcək. Bu yazının davamını oxu »


İslamda parçalanmanın səbəbləri

İslam dünyasının parçalanması 20-ci əsrin əvvəllərində ortaya çıxmışdır. Bundan əvvəl isə fərqli məzhəb, irq və dillərdən olan müsəlmanlar müxtəlif İslam imperiyalarının rəhbərliyi altında bir yerdə dinc və təhlükəsiz şəraitdə yaşayırdılar. Ən vacibi isə bu halda onlar daha güclü idilər. Ancaq 19-cu əsrin ən dağıdıcı axınlarından biri olan radikal milliyyətçilik İslam dünyasında da təsirini göstərdi. Müsəlmanların bir qisimi qərb ideyalarının təsiri altında qalaraq özlərinə təlqin edilən ideologiyanı mənimsədilər. Bu əsnada İslam imperiyalarının zəifləməsi ilə müsəlmanların böyük əksəriyyəti qərbli güclərin müstəmləkəsinə çevrilmişdi. Müstəmləkəçi güclər İslam torpaqlarından çəkilərkən də bu torpaqları süni sərhədlərlə bölüb müxtəlif dövlətlər meydana gətirdilər. Bu vəziyyət bəzi müsəlmanlar arasında yayılan radikal milliyyətçilik hərəkatları ilə birləşərək ortaya olduqca qarışıq vəziyyət çıxartmışdı. Müsəlman cəmiyyətlərdəki etnik müxtəlifliklər qarşıdurma səbəbinə çevrilmişdi. Qısa müddət əvvələ qədər eyni torpaqlarda bir yerdə yaşayan xalqlar bir anda fərqli sərhədlər içində yaşayan, aralarında anlaşılmazlıqlar və ziddiyyətlər olan cəmiyyətlərə çevrilmişdilər. Hər ölkəylə qonşuları arasında başda sərhəd anlaşılmazlıqları olmaqla müxtəlif mübahisələr yaranmışdı. Bu anlaşılmazlıqların bir qismi İran-İraq müharibəsində olduğu kimi iki müsəlman dövlətin bir-biri ilə var gücü ilə müharibə etməsinə qədər gedib çıxmışdı. Beləliklə İslam dünyası bir əsr boyunca davam edəcək qeyri-stabil dövrünə girmiş oldu. Bu yazının davamını oxu »