Magiya və onun təsiri

Minillikilər boyu insan cəmiyyəti daim özünü gözləyən bir çox təhlükələrdən və sığortalamaq üçün ağlagəlməz vasitələrə əl atmışdır. Bəzən bu vasitələr cəmiyyətə təhlükə törətsə də öz əhəmiyyətini bu günə kimi qoruyub saxlamışdır. Çoxları düşünür ki, maqiya sənəti insanları həm xoşbəxtliyə, həm də bədbəxtliyə doğru aparır. Xeyir və şər hər yerdə mövcud olduğu kimi maqiyanın tərkibində də vardır və xeyirlə şərin mübarıizəsini özündə əks etdirir. Bu doğrudan da beledir. Maqiyanın iki növü mövcuddur. Birinci növə ağ maqiya deyilir ki, buraya yalnız müalicə məqsədləri üçün istifadə edilib xeyirxahlığa səbəb olan və nəticəsi kimsəyə zərər yetirmədən nəticələnən cadulardan ibarətdir. İkinci növə isə qara maqiya daxildir. Adından da göründüyü kimi bu maqiyadan istifadə hər zaman şərə, zülmətə, əzaba və lənətə əsaslanır. Maqiyanın bu növü ilə məşğul olanlara birbaşa İblis yardımçı olur. Qara maqiyanın nə üçün belə amansız vasitə kimi insanlığa təhlükə yaratdığını öyrənmək üçün gəlin elmi və dini həqiqətləri nəzərdən keçirək. Bizə məlumdur ki, İblis Allahın qəzəbinə düçar olmuş ən hörmətli mələklərdən biri olmuşdur.Lakin insana qarşı göstərdiyi etinasızlığa görə Allah tərəfindən lənətlənmişdir, amma müəyyən bir dövrə qədər (qiyamət gününə kimi) insanları öz hakimiyyətinə alacağını sübut etmək üçün Allahdan möhlət almışdır. Bu həqiqət tək İsalm dinində yox, bütün dinlərdə dönə-dönə təkrar edilir və İblisə uymamaq tövsiyyə edilir. Burada sual oluna bilər ki, insanları İblislə ittifaq bağlamağa vadar edən bəs nədir? Mütəxəssislər bunu belə cavablandırırlar ki, bunu törədən səbəb psixi və sosial zərbələrdir. Məsələn, insan həyatda arzularını həyata keçirə bilməyəndə, başqa insanlar tərəfindən ədalətsiliyə məruz qalanda cəmiyyətdən inciyir, onda qisas hissi yaranır və intiqam almaq üçün hətta İblislə də ittifaq bağlamağa, ona sitayiş etməyə belə hazır olur. Məlum olur ki, əvvələr təhqirə, sarsıntıya və əzaba məruz qalan hər bir insan qisas almaq üçün alışıb yanır və insanlara əzab vermək üçün Şeytana bağlanır. Deməli şərdən şər törəyir. Məhz buna görə də Allah peyğəmbərlər vasitəsilə insanları yalnız xeyir işlər görməyə dəvət etmişdir.

Ağ maqiyanın növləri: Ağ maqiyaya əsasən caduların və lənətlərin insan ruhu üzərindən götürülməsi, sonu bədbəxtliklə nəticələnən hadisə silsilələrinin dayandırılması, gözəllik, xoşbəxtlik, uğur və s. kimi əməllər daxildir.
Qara maqiyanın növləri: Psixi, fiziki hücum və lənətlənmə. Qara maqiyanın bir çox növləri olsa da biz əsasən ən çox işlənənlər haqqında danışacağıq. Yuxarıda adı çəkilən bu növlərin yerinə yetirilməsi üçün həyata keçirilən əməliyyatlar olduqca mürəkkəb elementlər toplusundan ibarətdir və xüsusi incəliklər tələb edir. Məsələn, insanı lənətləmək üçün oxunan cadu zamanı səsin tonunun alçaldılıb-yüksəldilməsi, cümlənin bir neçə dəfə təkrarı və hər dəfəsində də səs tembrinin getdikcə yüksəldilməsi buraya aiddir.
Maq fiziki hücum zamanı zərər vermək istədiyi insanı təsəvvürünə gətirib onun fiqurunu yaradır və sonra ona fiziki zərbə yetirmək üçün fiquru zədələyir. Bu zaman paralel olaraq həmin şəxs də fiziki cəhətdən mütləq zədələnir. Psixi hücum zamanı isə əsasən sözlərdən istifadə olunur və bu bir növ qarğışı xatırladır. Amma lənətlənməyə gəldikdə isə bu sadə olduğu qədər də mürəkkəbdir. Burada əsas cümlənin aydın tələffüzü və məntiqli olmasındadır. Məsələn, maq hansısa insanı lənətləmək istədiyi zaman həmin şəxsin adını çağırır və daha sonra onu müəyyən bir anlayışla müqayisə edib, lənətləyir. Maraqlıdır ki, həmin şəxsin üzərindən lənət götürülməyənə qədər o, əzablar içində çabalayacaq.
Əlaqələrin və xoşbəxtliyin məhvi: Satanizm. Nəhayət qara maqiyanın əsas növü olan nekromantiyadan danışaq. Bu, ölmüş insanların ruhlarının çağıırılmasını özündə ehtiva edən qorxunc prosesdir və öz mənşəyi etibarilə spiritizmlə əlaqədardır.
Ölmüş insanları, daha doğrusu, onların ruhlarını çağırmaq üçün yerdə xüsusi fiqurlar cızılır ki, bu fiqurların hər bir küncü olduğu yerin (məsələn, otaqdadırsa otağın)  künclərinə bərabər olmalıdır. Daha sonra niyyət edilmiş saatda aydın tələffüz ediən xüsusi sözlərlə ruhların çağırılması başlayır. Ən mürəkkəb nekromantiya əməliyyatı zamanı ölülərin canlandırılması və hətta ruhların mübadiləsi də aparıla bilər. Amma bu o qədər qorxunc və təhlükəlidir ki, maqların özü də çox vaxt ən çətin şəraitə düşsələr də bu cür riskə getməkdən imtina edirlər.
Sonda ən başlıca cərəyan olan satanizm haqqında bir neçə söz deyək. Bu, şeytana ibadət edənlərin dünya üzrə yayılmış cəmiyyətlərinin ümumi adıdır. İnsanlara nifrət edən, həqiqətin olmadığını iddia edən hər bir kəs həqiqəti İblisə ibadətdə görür. “Bir halda ki, şər həmişə xeyiri məğlub edir, onda nə üçün şəri həqiqət hesab etmirik?!”-deyə düşünənlər özlərinə bu yolu seçirlər.

About these ads


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.