Emin Ağalarov Eurovision 2012-nin səhnəsində
Posted: Mart 23, 2012 Filed under: Mədəni niyyət | Tags: Emin, Emin Ağalarov, Eurovision 2012, google, Qonaq, Səhnə Leave a comment »
Məşhur ifaçı və bəstəkar Emin Ağalarov Bakıda keçiriləcək nüfuzlu “Eurovision-2012” şousunda eksklüziv olaraq çıxış etməyə dəvət edilib. Müğənninin rəsmi saytına istinadən verdiyi məlumata görə, müğənni xalqı və 300 milyondan artıq tamaşaçı auditoriyası olan müsabiqədə çıxış edəcəyinə görə çox sevindiyini bildirib.
O vurğulayıb ki, öz Vətənində keçirilən “Eurovision” mahnı müsabiqəsində qonaq kimi çıxış etmək üçün yeganə ən böyük imkandır: “Bu imkan həyatda bir dəfə olur və bu çox əladır. Böyük kütlə qarşısında hər dəfə çıxış etmək çox həyəcanvericidir. Əgər sən öz ölkəndə çıxış edirsənsə, bu, ikiqat həyəcanlandırıcıdır, milyonlarla izləyici qarşısında çıxış etməksə artıq inanılmazdır”.
Emin bu müsabiqənin Azərbaycan üçün vacibliyini də qeyd edib: “Düşünürəm ki, bu mənim ölkəm üçün ağla sığmayan möhtəşəm şoudur. Mənim balaca ölkəmi insanlar hətta xəritədə tapa bilməzlər, amma ümid edirəm ki, bu müsabiqə, Azərbaycanı Google-da axtarmağa, onun harada yerləşdiyini öyrənməyə və oraya getmək üçün marağı artıra bilər”.
E. Ağalarov may ayının 21-də “After the Thunder” adlı yeni albom buraxacaq.
31 avqust Qubadlının işğal günü
Posted: Avqust 31, 2011 Filed under: Azərbaycanım Leave a comment »Üzeyir Mehdizadəyə oxumaq qadağa edildi !!!
Posted: Avqust 29, 2011 Filed under: Qarışıq xəbərlər 14 Comments »
General Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov inanılmaz bir addım atıb. Musiqi aləminə yaxın olan bir mənbədən daxil olan məlumata görə, R.Əyyubov “ara müğənnilərindən” birinin oxumasına qadağa qoyub. Qaynaq hadisəni belə nəql etdi: “Robert Əyyubov vurub-tutan oğlan olsa da, yaxşı musiqi duyumu var. Bu yaxınlarda o, hansısa məclisdə bir ara mahnısını eşidib və bundan əsəbiləşib. Mahnını dərhal saxlatdırıb və bunu oxuyanın kimliyini soruşub. Ona bildiriblər ki, mahnını gənc ”istedad” Üzeyir Mehdizadə oxuyub. (Nəzərə çatdıraq ki, Üzeyir Mehdizadə son iki-üç ildə “avtobus mahnıları” ilə məşhurdur. O, çevrəsinə tez Üzeyirin nömrəsini tapıb ona verməyi tapşırır. Nömrəni əldə etdikdən sonra Robert Üzeyirə telefon açır”. Yazının ardını oxu »
13-ый знак Зодиака
Posted: Avqust 24, 2011 Filed under: Düşündüklərimdən, на Русском языкэ Leave a comment »
Одной из ветвей астрологии является учение о знаках зодиака. В настоящее время большая масса общества знает свой знак зодиака, их часть интересуется гороскопом, а некоторые даже суеверно верят в ежедневный гороскоп. Лично я, читая характеристику своего знака зодиака, нахожу сходства, но считаю безрассудством верить в ежедневный гороскоп и в соответствии с ним строить свои планы. Может быть, эти люди будут настаивать, что все события сходятся, но они сами не подозревают, что все сходства – это их самовнушение, не более. Если человек будет ждать от дня удачи, то все дела пойдут как по маслу, потому что они настроены на позитив, или наоборот, прочитав, что в какой-либо день их настигнет несчастье, они постоянно будут думать об этом, притягивая к себе неприятности. Также я считаю неправильным верить в гороскоп совместимости. Есть люди, которые перед тем, как выбрать спутника жизни, интересуются степенью совместимости их знаков зодиака или считают причиной разрыва отношений именно несовместимость по гороскопу. Я считаю это нелепостью, ведь подумайте, в мире живёт около 9 млрд человек, и каждый из них идеален, неповторим. Да, в какой-то мере знак зодиака может влиять на отношения, но я свидетель противного. Yazının ardını oxu »
23 Avqust Füzulinin işğal günü
Posted: Avqust 23, 2011 Filed under: Azərbaycanım Leave a comment »
Avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 16 il ötdü. 23 avqust 1993-cü ildə ümumi sahəsi 139393 hektar olan Füzuli rayonun qərb hissəsindən (51 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən işğal olunub. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı; kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil; ehtiyatları 13053 min m3 olan Quruçay qum-çınqıl qarışığı yataqları var. Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılmış və işğala qədər mühafizə olunub. Yazının ardını oxu »
Ailədə qadına verilən dəyər
Posted: Avqust 21, 2011 Filed under: Cəmiyyət və biz Leave a comment »
İnsanların dünyəvi dəyərlər üzərində qurduqları ailələr qısa müddətdən sonra cansıxıcı ola bilər. Ailələrdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda, bu hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, mövqe, ya da etibar kimi meyarlara əsaslandığında bu nəticə demək olar ki, qaçılmaz olur. Əgər insan sevgisini qarşısındakı insanın yalnız gözəlliyinə əsaslandırmışsa, həmin insan zaman keçdikcə gəncliyini, sağlamlığını, gözəlliyini itirəcək, buna görə də sevgi, hörmət və sədaqət də bununla birlikdə yox olacaq. Həmçinin zənginlik, ya da mövqe kimi dəyərlər də asanlıqla itirilməsi mümkün olan xüsusiyyətlərdir. Özünə bu dəyərləri əsas meyar kimi götürən bir insan, bunları itirdikdə artıq qarşısındakı adamı sevməyə, ona hörmət etməyə davam etmək üçün heç bir səbəb tapa bilməyəcək. Yazının ardını oxu »
İslamda parçalanmanın səbəbləri
Posted: Avqust 13, 2011 Filed under: Cəmiyyət və biz, Düşündüklərimdən Leave a comment »İslam dünyasının parçalanması 20-ci əsrin əvvəllərində ortaya çıxmışdır. Bundan əvvəl isə fərqli məzhəb, irq və dillərdən olan müsəlmanlar müxtəlif İslam imperiyalarının rəhbərliyi altında bir yerdə dinc və təhlükəsiz şəraitdə yaşayırdılar. Ən vacibi isə bu halda onlar daha güclü idilər. Ancaq 19-cu əsrin ən dağıdıcı axınlarından biri olan radikal milliyyətçilik İslam dünyasında da təsirini göstərdi. Müsəlmanların bir qisimi qərb ideyalarının təsiri altında qalaraq özlərinə təlqin edilən ideologiyanı mənimsədilər. Bu əsnada İslam imperiyalarının zəifləməsi ilə müsəlmanların böyük əksəriyyəti qərbli güclərin müstəmləkəsinə çevrilmişdi. Müstəmləkəçi güclər İslam torpaqlarından çəkilərkən də bu torpaqları süni sərhədlərlə bölüb müxtəlif dövlətlər meydana gətirdilər. Bu vəziyyət bəzi müsəlmanlar arasında yayılan radikal milliyyətçilik hərəkatları ilə birləşərək ortaya olduqca qarışıq vəziyyət çıxartmışdı. Müsəlman cəmiyyətlərdəki etnik müxtəlifliklər qarşıdurma səbəbinə çevrilmişdi. Qısa müddət əvvələ qədər eyni torpaqlarda bir yerdə yaşayan xalqlar bir anda fərqli sərhədlər içində yaşayan, aralarında anlaşılmazlıqlar və ziddiyyətlər olan cəmiyyətlərə çevrilmişdilər. Hər ölkəylə qonşuları arasında başda sərhəd anlaşılmazlıqları olmaqla müxtəlif mübahisələr yaranmışdı. Bu anlaşılmazlıqların bir qismi İran-İraq müharibəsində olduğu kimi iki müsəlman dövlətin bir-biri ilə var gücü ilə müharibə etməsinə qədər gedib çıxmışdı. Beləliklə İslam dünyası bir əsr boyunca davam edəcək qeyri-stabil dövrünə girmiş oldu. Yazının ardını oxu »
Masonlar kimlərdi?
Posted: Avqust 13, 2011 Filed under: Cəmiyyət və biz, Düşündüklərimdən | Tags: Mason, Masonlar, Satanizim Leave a comment »
Mason sözü Fransızca “divar ustası” mənasını verən maçondan gəlir. Masonlara farmason və ya franmason da (fransızca sərbəst divarçı) deyilir. Bir təşkilat olaraq dünya hegemonluğunu öz idarəsi altına almağı hədəfləyən gizli bir yəhudi idealogiyasıdır. Masonluq, Roma kralı Herodot (ö.44) tərəfindən qurulmuşdur. Ona Keram Apiud və Moab Lome adında iki yəhudi kömək etmişdir. Masonluq ilk günlərindən etibarən hilə, tələ, yalan kimi vasitələrlə fəaliyyət göstərmiş, qorxu salmaq məqsədilə bir çox simvollar və adlar seçib bunlardan istifadə etmişdir. Qüdsdəki Süleyman məbədi masonların müqəddəs məkanları sayılır. Bu məbədin memarı qəbul edilən Hiram usta da masonluğun piri sayılır. Masonlar Allaha, Peyğəmbərlərə, qeybə inanmırlar və bütün bunları ağılsızlıq sayırlar. Onlar yəhudilər xaricində olan millətləri kiçik cəmiyyətlər şəklində bölüb, onların davamlı olaraq bir-biriləriylə müharibə etmələrini istəyirlər. İnsanlar üçün vacib olan əxlaqi, fikri və dini dəyərləri yıxıb, bunların yerinə anarxiyanı, dinsizliyi, əxlaqsızlığı yayırlar. Masonlar cəmiyyətin aşağı təbəqəsinə rüşvət və yüksək mövqe vəd edib, onların masonluğa girmələrini təmin edirlər. Lakin bu idealogiyaya daxil olduqdan sonra oradan çıxmaq qeyri-mümkündür. Yazının ardını oxu »
Vampirlər haqqında bilmədikləriniz
Posted: Avqust 12, 2011 Filed under: Cəmiyyət və biz, Düşündüklərimdən Leave a comment »
Vampir adlandırdığımız canlılara istənilən məkanda rast gəlmək olar. Məlum olduğu kimi vampirlər qanı boyundan sorurlar. Vampirlər günəş işığından qorxurlar. Ona görə hətta qaralmaq üçün günəş işığını yox, salyarilərə üstünlük verirlər. Onlar günəş işığından qorxduqları üçün məhz gecələr fealiyyətə başlarlar. Graf Drakula adlanan hökmdar dünyada ən məşhur vampir və sadistdir. Vampirlər güzgüdə əks olunmurlar. Ona görə də vampirlər yeganə insandır ki, 1 yanvar səhər tezdən güzgüyə yaxınlaşmaqdan qorxmurlar. Vampir-qadınlar isə bu səbəbdən məcbur qalıb öz ən yaxın rəfiqələrinin məsləhəti ilə bəzənirlər. Vampirləri öldürmə üçün onun ürəyinə agcaqovaqdan hazırlanmış paya sancmaq lazımdır. Vampirlərin soğana qarşı allergik reaksiyaları var.Onlarda yuksək sürətlilik, güclüluk var.bu isə onların sinir sistemlərində olan kanalların adi insandan daha sürətli işləməsi ilə əlaqədardır. Onları daha çox canlı ölü adlandırırlar. Vampirizm-bir lənətdir. Hansı ki, bu lənət özünü həm insanın yaşadığı bir vaxtda özünü göstərə bilər,həm də ölümündən sonra. Qədimdə bunu yanlış basdırılma ilə,yada həyatı boyu coxsaylı günahlara yol verməsi kimi izah olunurdu. Yazının ardını oxu »
Xocalı vicdanımıza yazılan bir intiqamdır!
Posted: Avqust 11, 2011 Filed under: Azərbaycanım, Düşündüklərimdən | Tags: dəhşət, erməni terroru, erməni vəhşiliyi, Faciə, soyqırım, Terror, Xocalı Leave a comment »
Xocalı sözünü eşidəndə hər bir Azərbaycanlının yadına ilk öncə Cingiz Mustafayevin aglaya-aglaya cəkdiyi video-lentlər düşür. Mən bu yazımda Xocalı faciəsinin nece, ne vaxt baş verdiyi haqda söhbət açmayacagam,cünki bu dəhşətli faciənin nə vaxt və necə baş verdiyini hamı bilir. Bu haqda yazmaqda məqsədim gənclərimizlə bir daha bu faciə ətrafında fikirlərimi bölüşməkdir. Xocalı bəşəriyyət tarixinə ləkə gətirəcək bir faciə oldu. Erməninin necə də qəddar, amansız biri oldugu bir daha sübuta yetdi. İnsanı o cür işgəncələrlə öldürmək ancaq erməniyə xas olan bir şeydir. Xocalı faciəsi zamanı gözləri ilə Dəhşətli hadisələrin şahidlərinin danışdıqlarını eşitdikdə adamı vahimə basır. Ancaq bu insanlar isə bütun bu olanları öz gözlərilə görüblər. Heydərov Camal Əbdülhüseyn oğlu – «Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyidi var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyidləri isə tikə-tikə doğramışdılar». Yazının ardını oxu »


"İRƏLİ" İB
"İRƏLİ" İTM
Şərhlər